UNEC-in prorektoru işdən çıxarılıb

UNEC-in prorektoru işdən çıxarılıb
  02 Avqust 2021    Oxunub:918
UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rzayev öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə ali təhsil ocağının rektoru Ədalət Muradov öz feysbuk səhifəsində yazıb.

"Dosent A.Rzayev öz işini mükəmməl bilən peşəkar, məsuliyyətli, yenilikçi, müasir tədris idarəedicisi kimi UNEC-in inkişafına ciddi töhfələr vermişdi. Anar müəllimə UNEC ailəsi adından təşəkkür edir və yeni işində nailiyyətlər arzu edirəm", - deyə rektor qeyd edib.

Azvision.az



Teqlər: UNEC  





Xəbər lenti