"Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil" - AZAL

   "Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil" -    AZAL
  02 Avqust 2021    Oxunub:943
Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə etməsi barədə yanlış məlumat yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilib.

Məlumatda qeyd olunur ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər ondan istifadə etmir. Aviaşirkət kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırıb.

"AZAL bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır", - deyə vurğulanıb.

Azvision.az



Teqlər: AZAL  





Xəbər lenti