"Qardaşlıq yardımına görə Azərbaycana minnətdarıq"- Yalçın Yarpaq

   "Qardaşlıq yardımına görə Azərbaycana minnətdarıq"-    Yalçın Yarpaq
  01 Avqust 2021    Oxunub:950
"Muğla vilayətinin Marmaris rayonunda meşəlik ərazidə baş verən yanğınlar hazırda nisbətən nəzarət altına alınıb. Son iki gündə yanğınların lokallaşdırılması və söndürülməsi istiqamətində əhəmiyyətli işlər görmüşük. Azərbaycandan gələn qardaşlarımız iyulun 31-də olduqca mühüm məntəqədə təhlükəli yanğın ocağının nəzarət altına alınmasında ciddi səylər göstərdilər. Bu, qardaşlıq yardımına görə Azərbaycana minnətdarıq".
Bu ifadələri Türkiyənin Meşəçilik İdarəsinin Marmaris bölgəsi üzrə müdiri Yalçın Yarpaq deyib.

O, avqustun 1-nin yanğın ocaqlarının söndürülməsində ciddi dönüş nöqtəsi olacağını əminliklə bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, iyulun 30-da Türkiyəyə göndərilən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup yanğın bölgəsində fədakarlıqla çalışır. Hazırda yanğınsöndürənlərimiz Marmaris şəhərindən 11 kilometr məsafədə böhran məntəqəsində alovla mübarizə aparırlar.

Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.(Azərtac)

Azvision.az


Teqlər: Türkiyə   yanğın  





Xəbər lenti