Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib
  30 İyul 2021    Oxunub:1727
Türkiyənin Azərbaycandakı səfirliyi meşə yanğınlarının söndürülməsi üçün göstərilən yardımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Azvision.az xəbər verir ki, səfirliyin “Facebook” səhifəsində yazılan paylaşımda deyilir:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin cənub əyalətlərində baş verən yanğın fəlakətində Türkiyənin yanında olmaq barədə göstərişlərinə uyğun olaraq, qarşılıqlı koordinasiya ilə razılaşdırılmış ilk tam təchiz olunmuş yanğınsöndürmə yardım qrupunu və müxtəlif yanğınsöndürmə vasitələrini daşıyan təyyarə axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qalxaraq Türkiyəyə yola düşüb.

Kədər və sevincində hər zaman bir-birinin yanında olan ölkələrimizin qardaşlığını möhkəmləndirən bu dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Milli Məclis Komissiyalarının rəhbərlərinə, millət vəkillərinə, Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla bütün əlaqədar ictimai qurum və təşkilatlara, qeyri-hökumət təşkilatlarına və qardaş Azərbaycan xalqına xüsusi təşəkkürümüzü bildiririk”.

Azvision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti