FHN-in 100 əməkdaşı Türkiyənin Dalaman vilayətinə yola salınıb

  30 İyul 2021    Oxunub :695
   FHN-in 100 əməkdaşı Türkiyənin Dalaman vilayətinə yola salınıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola düşüb.
Azvision.az -ın xəbərinə görə, FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman vilayətinə yola salınıb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib ki, Azərbaycan ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da Türkiyəyə göndərə bilər:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in 100 əməkdaşını meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım göndərəcəyik. İki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq".

Azvision.az

Teqlər: FHN   Türkiyə  







Xəbər lenti