“Zəfər” düşərgəsinə yekun vurulub

  30 İyul 2021    Oxunub :483
“Zəfər” düşərgəsinə yekun vurulub
Qubada Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı təşkil olunan “Zəfər” düşərgəsinə iyulun 30-da yekun vurulub.
Azvision.az xəbər verir ki, Quba STEAM Mərkəzində bir həftə davam edən düşərgədə 74 şəhid övladı iştirak edib. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirib, Qubanın görməli və tarixi yerlərinə səfər ediblər.

Düşərgənin bağlanış mərasimində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatıb, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olunub. Sərhədlərimiz şəhidlərimizin canı bahasına bərpa olunub.

Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri, qazilərimiz daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Şəhid övladları üçün təşkil olunan “Zəfər” düşərgəsi də bu qayğının bir nümunəsidir.

Çıxışlardan sonra düşərgənin iştirakçılarına sertifikatlar təqdim olunub.

Düşərgənin başlanış mərasimində sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələr və musiqi proqramı təqdim olunub.

Azvision.az

Teqlər: Zəfər   Düşərgə  






Xəbər lenti