"Sonsuzadək cərimə edilməsi çarə deyil" - Xidmət rəisi

   "Sonsuzadək cərimə edilməsi çarə deyil" -    Xidmət rəisi
  30 İyul 2021    Oxunub:1399
“İstehsalat və məişət tullantıları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız nəzarət funksiyasını yerinə yetirir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, nazirlik tərəfindən dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal idarəsinə müraciətlər olunub:

“Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə “Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Bu ilin 7 ayı ərzində isə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub.

Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti