Milli Məclis polisi döyən deputatın məsələsinə baxacaq

   Milli Məclis polisi döyən deputatın məsələsinə baxacaq
  30 İyul 2021    Oxunub:1579
Deputat Eldəniz Səlimovun Nabranda polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı məlumat verib.

“Çox güman ki, məzuniyyət müddəti başa çatan kimi bu barədə iclas çağırılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Heç bir deputat, səlahiyyətli şəxs statusundan istifadə edib qanunu pozmalı deyil. Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavab verməlidir. Ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var”.

Xatırladaq ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Belə ki, E. Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Azvision.az



Teqlər: MilliMəclis   Deputat   Polis  





Xəbər lenti