Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN

   Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır-    DİN
  30 İyul 2021    Oxunub:1203
Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib.

Bildirilib ki, Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Azvision.az



Teqlər: EldənizSəlimov   deputat   Polis  





Xəbər lenti