Şuşaya 24 ölkədən 72 soydaşımız gedib - Fotolar
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında təşkil edilən səfərə 24 ölkədən 72 soydaşımız qatılıb.
Diaspor nümayəndələri ölkəmizin mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalan və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət edib, qədim Azərbaycan şəhərinin bir sıra görməli yerləri ilə tanış olublar.
Soydaşlarımız əfsanəvi Cıdır düzünə gedərək orada Azərbaycan bayrağını dalğalandırıblar.
Azvision.az
Teqlər: Şuşa