Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB

Metroda qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB
  30 İyul 2021    Oxunub:1466
"Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub".

Bu barədə Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
***
10:05
Bakı metropolitenində qatarların hərəkətində hazırda yubanmalar müşahidə olunur.
Azvision.az -ın "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovə istinadən verdiyi məlumata görə, "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur.

Azvision.az





Teqlər: Metro  





Xəbər lenti