Albinizmlilərə hücumlar artıb: Ən çox uşaqlar öldürülürlər

 Albinizmlilərə hücumlar artıb:   Ən çox uşaqlar öldürülürlər
  29 İyul 2021    Oxunub:2023
BMT -nin albinizmi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müstəqil eksperti İkponvosa Ero pandemiya səbəbindən albinizmli insanların öldürülmə sayının artdığını söyləyib.
Azvision.az xəbər verir ki, BMT mütəxəssisi bu arzuolunmaz faktı onunla izah edib ki, pandemiyanın səbəb olduğu böhrana görə yoxsulluq içərisində olan bəzi insanlar tez bir zamanda varlanmaq ümidi ilə inanclara-cadu və rituallara üz tuturlar.

"Albinizmi olan insanlara qarşı cinayət hadisələrinin və ya hücum hallarının artması məni çox kədərləndirdi. Hücum edənlər albinizmli şəxslərin bədən hissələrinin müəyyən "iksirlərdə" istifadə edilməsinin uğurlar və sərvət gətirə biləcəyinə dair yanlış inanca sahib olurlar. Daha da faciəlisi isə budur ki, qurbanların çoxu uşaqlardır",- ekspert açıqlamasında bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Albinizm   BMT  





Xəbər lenti