Tokio-2020: Çin liderlik edir

   Tokio-2020:    Çin liderlik edir
  29 İyul 2021    Oxunub:1017
İyulun 29-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yeddinci günündə 66 ölkənin idmançıları medal qazanıb.
Azvision.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 15 qızıl, 7 gümüş və 9 bürünc medal qazanıblar. Yaponiya təmsilçiləri 15 qızıl, 4 gümüş və 6 bürünc medalla ikinci, ABŞ atletləri isə 14 qızıl, 14 gümüş və 10 bürünc medalla üçüncü pillədə qərarlaşıblar.

Rusiya Olimpiya Komitəsi 8 qızıl, 11 gümüş, 9 bürünc medalla dördüncü, Avstraliya isə 8 qızıl, 2 gümüş və 10 bürünc medalla beşincidir. İlk onluqda digər pillələrdə Böyük Britaniya (5-7-6), Koreya Respublikası (4-3-5), Fransa (3-5-3), Almaniya (3-3-7) və İtaliya (2-7-10) qərarlaşıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti