Mustafa Dənizli qələbəni şərh etdi
Premyer Liqasının 26-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşan “Xəzər Lənkəran” rəqibini minimal hesabla məğlub edib – 1:0. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər oyun barədə fikirlərini bildiriblər.
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli oyundan razı qaldığını bildirib: “Bir neçə oyundur ki, heç-heçə edirik. Qalib gəldiyimiz üçün şadıq, buna ehtiyacımız var idi. Qarşıdakı 10 turdan sonra haraya kimi gedə biləcəyimiz daha dəqiq görünəcək. Bizim üçün həm kubok, həm də Premyer Liqa vacibdir”.
“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov futbolçularda arxayınçılıq olduğunu bildirib: “Çox zəif oynadıq. Fikrimcə, futbolçularda arxayınçılıq var. Komanda ilə ciddi söhbət edəcəm. Bu cür oyunla heç kimə qalib gələ bilmərik”.
Teqlər: