Xocalıda silah-sursat aşkar edilib

Xocalıda silah-sursat aşkar edilib
  29 İyul 2021    Oxunub:686
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşsursat aşkar edilibları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində Xocalı rayonunun Çanaqçı kəndi ərazisindəki xidməti postun yaxınlığında xeyli sayda silah-sursat aşkar edərək götürüblər.

Həmin ərazidən aşkar edilən 1 pulemyot, 3 avtomat, 7 müxtəlif növ qumbara, 1 qumbaraatan mərmisi, 2 avtomat sandığı, 269 ədəd müxtəlif çaplı patronlar aidiyyəti üzrə təhvil verilib.


Azvision.az


Teqlər: Silah   DİN  





Xəbər lenti