"Əbədi məşəl"də sosis qızartdılar

"Əbədi məşəl"də sosis qızartdılar
  29 İyul 2021    Oxunub:1833
Rusiyanın Çelyabinsk vilayətinin Satka şəhərində maraqlı hadisə baş verib.
Azvision.az xəbər verir ki, 3 qız insanların əklil qoyaraq ehtiram göstərdiyi xatirə kompleksində əylənib. Onlar "Əbədi məşəl"də sosis qızardıblar. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər narazılığa səbəb olub. Artıq polis kompleksdə "piknik" təşkil edən yeniyetmələrin kimliyini müəyyənləşdirib və onlarla profilaktik söhbətlər aparıb. Qızların valideynləri inzibati məsuliyyətə cəlb ediliblər.

Xatırladaq ki, Satka şəhərinin "VKontakte"-də açılmış səhifəsində bir qrup yeniyetmənin məşəl önündə əylənməsi ilə bağlı fotolar yayılmışdı. Paylaşım ruslarda qıcıq doğurub.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti