"Namizədlərin çoxu kənd məktəblərində işləmək istəmir" - Təhsil Nazirliyi

 "Namizədlərin çoxu kənd məktəblərində işləmək istəmir" -  Təhsil Nazirliyi
  29 İyul 2021    Oxunub:1064
Müəllimlərin işə qəbulunda təqdim edilən vakant yerlər demoqrafik vəziyyətdən asılı olur. Bu gün ölkədə demoqrafik vəziyyətimiz yaxşıdır, uşaqlar çoxalır və onlara dərs deyən müəllimlər lazımdır.

Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, bu gün rayonlarda, dağ kənd məktəblərində vakant yerlər olsa da, çox namizəd ora işləmək üçün getmir.

“Bu gün əksəriyyət yaşadığı yerdə işləmək istəyir. Bu gün dövlət universitetlərə tələbə qəbul edərkən bu yerləri nəzərə alır. Bakıda əhalinin sıx yaşadığı yerlərdə vakant yerlər məhduddur. İl ərzində hər bir fənn üzrə 1-2 yer açılar ya yox”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim  





Xəbər lenti