Müəllimlərin imtahan testlərinin çətinliyi ilə bağlı açıqlama

 Müəllimlərin imtahan testlərinin çətinliyi ilə bağlı açıqlama
  29 İyul 2021    Oxunub:1644
Müəllim olmaq istəyən namizədlər ildən-ilə sualların çətinləşdirildiyini bildirirlər. Əslində elə deyil, suallar çətinləşdirilmir. Bu, müəllimlərin dünya standartlarına yaxınlaşmasıdır.
Azvision.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsil işçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O bildirib ki, illərlə aparılan təhlillər əsasında məktəbə hansı müəllimlərin lazım olması qənaetinə gəlinir.

"Bizi düşündürən əsas məsələ müəllim olmaq istəyənlər üçün sualların çətinləşməsi deyil. İllər uzunu aparılan təhlillər nəticəsində məktəbə hansı müəllimin, yəni hansı öyrətmə prosesini tətbiq edən təhsilverənin lazım olduğu qənaətinə gəlinib. Analoji hadisə 2018-ci ildə yaşanmışdı. Buraxılış imtahanında abituriyentlər sualların çətinliyindən ciddi narahatlıq keçirmişdilər. Təhsil Nazirliyi mütəxəssislərini cəlb edərək araşdırmalara başlamışdı. Ondan sonra sualların yeni tədris proqramları (kurikulum) əsasında hazırlandığına aydınlıq gətirildi".

N.Teymurovanın sözlərinə görə, müəllimlərin son 10 ildə bilik vermə bacarığı müasir tələblərə cavab vermir. Bunu aparılan təhlillər göstərir.

“Son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərinin tədris proqramlarında təkmilləşdirmələr aparıldı və dövrün tələblərinə uyğunlaşdırıldı. Demirəm ki, bütün müəllimlər yeni proqramı öyrənir. Amma böyük əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllim  





Xəbər lenti