Azərbaycanda 4000-dək məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 4000-dək məhkum elektron qolbaq daşıyır
  28 İyul 2021    Oxunub:783
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək 2021-ci ildə həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2 900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib
Azvision.az -ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qeyd olunub.

Bildirilib ki, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1070 məhkumdan isə qolbaqlar çıxarılıb.

Hazırda 4 000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Azvision.az


Teqlər: Elektronqolbaq  





Xəbər lenti