Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  28 İyul 2021    Oxunub:925
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 81690 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4714039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2731114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1982925 təşkil edir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti