İdmançılarımız Avropa medallarından məhrum edildi - VİDEO

İdmançılarımız Avropa medallarından məhrum edildi - VİDEO
  16 Mart 2014    Oxunub:1382
İdmançılarımız Avropa çempionatında qazandığı medallardan məhrum edildi. Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında idmançılarımızın hansı səbəbdən mükafatlardan məhrum edilməsi hələlik göstərilməyib.

Ağır atletika üzrə yığma komandamızın 5 üzvü Avropa çempionatında qazandığı medallardan məhrum edilib. Avropa çempionları Valentin Xristov, İntiqam Zairov, qitə çempionatının gümüş medalçıları Silviya Angelova, Sərdar Həsənov və qitə üçüncüsü Zülfüqar Süleymanov diskvalifikasiya edilib.

AzVision.az xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında idmançılarımızın hansı səbəbdən mükafatlardan məhrum edilməsi hələlik göstərilməyib.

Məsələyə martın 18-də aydınlıq gəlməlidir.


Ans Press


Teqlər:





Xəbər lenti