"Saxlama mərkəzlərində əcnəbilər COVID-19-a yoluxmayıb" - Vüsal Hüseynov

  28 İyul 2021    Oxunub :474
  "Saxlama mərkəzlərində əcnəbilər COVID-19-a yoluxmayıb" -    Vüsal Hüseynov
Miqrasiya Xidmətinin saxlama mərkəzlərində pandemiya başlayandan bu günə qədər saxlanılan əcnəbilər arasında COVID-19-a yoluxma halı baş verməyib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin ilk 6 ayının yekunlarına dair onlayn mətbuat konfransında deyib. O bildirib ki, bu, mərkəzdə aparılan dezinfeksiya tədbirlərinin yüksək səviyyədə təşkil olunması ilə bağlıdır.

“Eyni zamanda saxlama mərkəzində məhdud sayda yerləşdirmə olub. Şəxslər mərkəzə gətirilərkən bir müddət özünütəcriddə olurlar. Bir ildən artıqdır ki, mərkəzdə koronavirusa yoluxma halı baş verməyib”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Əcnəbi   DMX  







Xəbər lenti