“TikTok”da narkotik vasitələri təbliğ edən şəxslər saxlanılıb - VİDEO
Türkanə Abdullazadədən əlavə olaraq 10 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.
Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəməyə göndərilib.
Azvision.az
Teqlər: DİN Narkotikvasitə