Azərbaycana gələn əcnəbilərin sayı azalıb

   Azərbaycana gələn əcnəbilərin sayı azalıb
  28 İyul 2021    Oxunub:1242
"2021-ci ilin 6 ayında Azərbaycana gələn əcnəbilərin sayında 2,7 faiz azalma müşahidə olunub. Bu da pandemiya şərtləri ilə bağlıdır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin ilk 6 ayının yekunlarına dair onlayn mətbuat konfransında deyib. O bildirib ki, olduğu yer üzrə qeydiyyatda olanların sayında da 2,3 dəfə azalma olub.

“Daimi yaşama icazələrinin alınmasında kəskin artım müşahidə edilir. Eyni zamanda müvəqqəti yaşama icazələrinin alınmasında da artım var. İş icazələrinin alınmasında da 32,4 dəfə artma müşahidə edilir. Bu da pandemiya qaydalarının yumşalıması, iqtisadiyyatın bərpası ilə əlaqədardır”.

V.Hüseynov qeyd edib ki, hazırda Azərbaycanda 127 min əcnəbi yaşayır. “Onlar əsasən Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və Qazaxıstan respublikalarındandır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: VüsalHüseynov  





Xəbər lenti