Altı ayda 4 nəfər valideynlik hüququndan məhrum edilib

 Altı ayda 4 nəfər  valideynlik hüququndan məhrum edilib
  28 İyul 2021    Oxunub:1032
2021-ci ilin birinci yarısında Azərbaycanda 4 nəfər valideynlik hüququndan məhrum edilib. Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib. O bildirib ki, bu dövrdə 6 körpə sığınacaqlara yerləşdirilib.
“Biz araşdırma aparırıq. Əgər valideyn tüfeyli həyat tərzi keçirirsə, narkotik vasitələrin aludəçisidirsə, onun həyat tərzi uşağı saxlamağa imkan vermirsə, həmin şəxsin valideynlik hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edirik”,- Baş Prokurorluğun sözçüsü bildirib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan məhkəmələrində valideynlik hüquqlarından məhrumetmə ilə əlaqədar 51 işə baxılıb, onlardan 21 iddia təmin edilib. 2019-cu ildə 72 nəfər valideynlik hüququndan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Valideynlik-hüququ  





Xəbər lenti