ANAMA-nın əməkdaşı minaya düşüb

  27 İyul 2021    Oxunub :459
   ANAMA-nın əməkdaşı minaya düşüb
İyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


Azvision.az


Teqlər: ANAMA  







Xəbər lenti