Müəllim olmaq istəyən bəzi namizədlərə əlavə ballar veriləcək
"Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir".
Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.
Azvision.az
Teqlər: Müəllim