Deputat: "Məqsəd vaksinasiya prosesini sürətləndirməkdir"

  27 İyul 2021    Oxunub :456
      Deputat:    "Məqsəd vaksinasiya prosesini sürətləndirməkdir"
Sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisuin deputatı Vüqar bayramov deyib. O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir.

"Bloomberg-in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyyəsindən aşağıdır. Aydındır ki, yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var.

Əvvəlla, daha məqsədə uyğun olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar.

Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiya ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı. Bütün bunlar vaksinasiya prosesinin sürətləndirilməsinə dəstək ola bilər".

Azvision.az

Teqlər: Vaksinasiya  







Xəbər lenti