Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycandadır

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycandadır
  26 İyul 2021    Oxunub:1444
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana səfərə gəlib.
Azvision.az xəbər verir ki, Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıblar.

Azvision.az



Teqlər: Türkiyə   Pakistan   Azərbaycan  





Xəbər lenti