Vurulan vaksinlərin sayı 4,5 milyonu ötdü

  26 İyul 2021    Oxunub :451
   Vurulan vaksinlərin sayı 4,5 milyonu ötdü
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 432 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 564 329, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 910 056 təşkil edir.

Azvision.az

Teqlər: Vaksin  







Xəbər lenti