Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb

Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb
  26 İyul 2021    Oxunub:1071
İyulun 24-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.
İsmayıllı Rayon Prokurorluğunun Azvision.az -a daxil olan məlumatında bildirilib ki, aparılan araşdırmalarla rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlının İsmayıllı şəhəri M.Orucov küçəsində xidmət apardığı zaman “BMW X5” markalı 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov polis əməkdaşına müqavimət göstərərək əlləri ilə B.Bəhramlının üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyi müəyyən olunub.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə istintaq davam edir.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti