"Vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq" - PA-nın şöbə müdiri

   "Vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq" -    PA-nın şöbə müdiri
  26 İyul 2021    Oxunub:780
"Əgər epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun qarşısını qapanmadan almaq çox çətindir.

O, qeyd edib ki, növbəti mərhələdə teatr və kinoteatrların açılması müzakirə olunacaq: "Gələcəkdə bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə giriş üçün mütləq şəkildə COVID-19 pasportu tələb ediləcək".


Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti