"Son günlər yoluxmada kəskin artım var" - Yaqut Qarayeva

   "Son günlər yoluxmada kəskin artım var" -    Yaqut Qarayeva
  26 İyul 2021    Oxunub:1147
Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

“İyun ayının sonuna yoluxma faizi, yəni ümumi test arasında olan pozitiv nəticələrin payı 1 faizdən aşağı idi. Hətta 0.7-0.8 faiz yoluxma qeydə alınırdı. Bu, bizim üçün çox yaxşı göstəricilər idi. Lakin son günlərdə yoluxma faizləri 5 faizədək yüksəlib. Bu, son günlər ərzində ciddi bir yüksəlişdir”, - deyə Y.Qarayeva bildirib.

Azvision.az


Teqlər: COVID   TƏBİB  





Xəbər lenti