TƏBİB-dən Səməd Səmədovun ölümü ilə bağlı açıqlama

   TƏBİB-dən Səməd Səmədovun ölümü ilə bağlı açıqlama
  24 İyul 2021    Oxunub:1482
TƏBİB Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı açıqlama yayıb.
Azvision.az -ın məlumatına görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, xalq artisti Səməd Səmədov 2021-ci il iyulun 23-də tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub.

"Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb".


Azvision.az


Teqlər:





Xəbər lenti