Olimpiadada iki boksçumuz uduzdu, biri qalib gəldi

Olimpiadada iki boksçumuz uduzdu, biri qalib gəldi
  24 İyul 2021    Oxunub:1334
Tokio Yay Olimpiya Oyunlarında boks yarışları çərçivəsində Azərbaycanın üç boksçusu mübarizəyə başlayıb.
Azvision.az xəbər verir ki, ilk olaraq 57 kq çəki dərəcəsində Tayfur Əliyev vyetnamlı rəqibi Duonq van Nquyenlə qarşılaşıb. Boksçumuz ümumi nəticədə 2:3 hesabı ilə məğlub olaraq Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

69 kq-da çıxış edən Lorenzo Sotomayor 1/16 finalda gürcüstanlı Əsgərxan Mədiyevlə qarşılaşıb.

İkinci raundda qaşından zədələnən Sotomayor görüşü başa vura bilməyib. Nəticədə texniki nokaut alan idmançı mübarizəni vaxtından əvvəl dayandırıb.

91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev mübarizəyə 1/16 finaldan başlayıb. Onun rəqibi bruneyli Denis Latıpov olub.

Abdullayev ilk iki raundda rəqibindən üstün olub. Üçüncü raundda 5 hakimdən 4-ü qələbəni Latıpova versə də, yekunda 3:1 hesab ilə qalib gələn azərbaycanlı boksçu 1/8 finala vəsiqə qazanıb.

Abdullayev növbəti raundda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.

Azvision.az


Teqlər: Boks  





Xəbər lenti