Azvision.az -ın məlumatına görə, F. Yaqublunun dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhid Beyləqanın Qəhrəmanlı qəsəbə məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Fərman Yaqublunun atası Yaqubov Telman Fərman oğlu 1994-cü il yanvarın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azvision.az