Ermənistanın törətdiyi əməllər üzrə ibtidai istintaq aparılır

   Ermənistanın törətdiyi əməllər üzrə ibtidai istintaq aparılır
  23 İyul 2021    Oxunub:605
Baş prokurorun keçirdiyi əməliyyat müşavirəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirlərinin davam etdirildiyi vurğulanmış, toplanmış sübutlarla təqsiri müəyyən edilmiş şəxslərin beynəlxalq və ölkədaxili mexanizmlərdən istifadə olunmaqla məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi diqqətə çatdırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müşavirədə, həmçinin, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilib.

Azvision.az



Teqlər: Cinayət  





Xəbər lenti