"Tokio-2020-də uğur qazanacağımıza əminəm" - Çingiz Hüseynzadə
bu barədə Milli Olimpiya Komitəsi feysbuk səhifəsində məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Ç.Hüseynzadə və A.Əliyev idmançıların hazırlığı ilə tanış olub.
Şəraitin çətinliyindən gileylənən Ç.Hüseynzadə yarışın bir qədər ağır keçəcəyini düşünsə də, yarışların Azərbaycan idmançıları üçün müsbət sonluqla nəticələnəcəyindən əminliyini ifadə edib.
Olimpiya Kəndini çox bəyəndiyini söyləyən Ç. Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə də fikirlərini bölüşüb: "Bizim idmançılar da paraddan keçəcəklər. Əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində təsadüf edir".
MOK rəsmisi açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını vurğulayıb.
"Yarışların ilk günündə hazırda burada olan idmançılarımız iştirak edəcək. Ümid edirəm ki, 20-30 nəfərdən ibarət heyətimizin keçidi gözəl və təntənəli olacaq.
MOK vitse-prezidenti atletlərin COVID testindən keçmə prosesi ilə də maraqlanıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Olimpiada avqustun 8-dək davam edəcək. Azərbaycan yığması yarışda 44 idmançı ilə təmsil olunur.
Aytən Zəhra
Azvision.az
Teqlər: MilliOlimpiyaKomitəsi