Havada tozun miqdarı normadan 4.3 dəfə çoxdur

 Havada tozun miqdarı normadan 4.3 dəfə çoxdur
  23 İyul 2021    Oxunub:1417
İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

Azvision.az



Teqlər:





Xəbər lenti