Su kanalında 23 yaşlı gənc boğulub

Su kanalında 23 yaşlı gənc boğulub
  21 İyul 2021    Oxunub:726
Samur-Abşeron su kanalında 23 yaşlı gənc boğulub.
Azvision.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti