Göyçayda su kanalında batan yeniyetmənin meyti tapıldı

Göyçayda su kanalında batan yeniyetmənin meyti tapıldı
  20 İyul 2021    Oxunub:1203
Göyçay rayonunun Ləkçıplaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: Göyçay   Boğulma  





Xəbər lenti