Azərbaycanda 251 nəfər koronavirusa yoluxub

 Azərbaycanda 251 nəfər koronavirusa yoluxub
  20 İyul 2021    Oxunub:1059
Azərbaycanda koronavirus infeksiyasına daha 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən omayıb.

İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 214 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, ötən müddət ərzində isə ümumilikdə 3 929 320 test aparılıb.

Azvision.az



Teqlər: Virus   Azərbaycan  





Xəbər lenti