İrakli Qaribaşvili müsəlmanların Qurban bayramını təbrik edib

İrakli Qaribaşvili müsəlmanların Qurban bayramını təbrik edib
  20 İyul 2021    Oxunub:831
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, İrakli Qaribaşvili Qurban bayramının sevgi, dəstək, yardım və xeyirxahlıq bayramı olduğunu qeyd edib.

Gürcüstanın müsəlman icmasını cəmiyyətin ayrılmaz hissəsi adlandıran hökumət başçısı deyib: "Siz gündəlik əməyiniz və vətənə sadiqliyiniz ilə vətənimizin inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz. Bayramınıza qoşularaq sizə və ailələrinizə firavanlıq, mənəvi rahatlıq və xoşbəxtlik arzu edirəm”.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti