Əliyevlə Putin nələri müzakirə edəcək?

   Əliyevlə Putin nələri müzakirə edəcək?
  20 İyul 2021    Oxunub:2355
Moskvaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Liderlər regiondakı aktual problemləri müzakirə edəcəklər.
- Danışıqlar zamanı əsas diqqət Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr, 2020-ci il və 11 yanvar, 2021-ci ildə Dağlıq Qarabağla bağlı razılaşmanın aspektlərinə, eləcə də, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına, bu sahələrdə mövcud problemlərin aradan qaldırılmasına yönəldiləcək, - deyə Kremldən bildirilib.

Azvision.az xəbər verir ki, prezidentlərin ticarət, investisiya və humanitar əməkdaşlıq baxımından Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əsas məqamlarını nəzərdən keçirəcəkləri güman edilir.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov , jurnalistlərə Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin məqsədinin hər iki ölkənin mövqeləri ilə bağlı vacib elementlərin müzakirəsinə kökləndiyini qeyd edib. Peskov "Azərbaycan liderinin səfəri çərçivəsində hər hansı sənədin imzalanması planlaşdırılıbmı" sualına cavab olaraq, - “Bu işgüzar səfərdir. Liderlər mövqelərilə bağlı qarşılıqlı fikir mübadiləsi aparacaqlar” - deyib.

Səbinə Həsənova
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti