Qurbağa ilə adaş müğənni: Stinqin haqqında bilmədiyiniz 5 fakt

  21 İyul 2021    Oxunub :991
 Qurbağa ilə adaş müğənni:  Stinqin haqqında bilmədiyiniz 5 fakt
Stinq (əsl adı: Gordon Matthew Thomas Sumner) 1951-ci il oktyabrın 2-də İngilis liman şəhəri Uolsenddə (Wallsend) doğulub. O, rok musiqisi ilə 20 yaşında məşğul olmağa başlayıb. Əfsanəvi müğənninin həyatından az bilinən 5 faktı pərəstişkarlarının diqqətinə təqdim edirik.
1. "Stinq" təxəllüsünün dörd versiyası var. İngilis dilindəki «neştər» sözü Gordon Sumnerə ona görə "yapışıb" ki:
a) O, qara-sarı zolaqlı sviter geyinirdi;
b) Təbiəticə sancan idi;
c) Bir dəfə konsertdə şalvarına arı girmişdi;
d) Bu təxəllüsü rinqə "Stinq" adıyla çıxan güləşçi Steve Borden dən satın alıb.
Hansı variant daha düzgündür? Heç kim bilmir. Bəlkə də hamısı, bəlkə də heç biri...

2 . Stinqin ilk solo albomundakı “Russians" mahnısı Soyuq Müharibə illərində (1985) yazılıb. Müğənni həmin mahnını ifa etməzdən əvvəl həmişə bunu xatırladır. 2010-cu ildə etiraf edib ki, mahnıdakı “rusların öz uşaqlarını sevməməsi” haqda deyilənlər cəfəngiyyatdır.

3. Stinqin altı övladı var – ikisi birinci, dördü ikinci arvadındandır. Onlardan heç biri müğənninin 300 milyonluq sərvətindən pay almayacaq. Qərarı elan edərkən Stinq varislərini zəngin avaralara çevirmək istəmədiyini söyləyib.

4. Stinqin başqa bir gəlir mənbəyi şərabçılıqdandır. O, bu işlə İtaliyada Florensiya yaxınlığındakı Toskana bölgəsindəki villasında məşğul olur. Stinqin şərabları İngiltərədə və ABŞ-da yüksək qiymətləndirilir. Şərablardan bəzilərinə mahnılarının adını verib: məsələn, “Sister moon” “When we dance” .

5. Stinqin ən məşhur işləri aktyor kimi kiçik bir rol oynadığı (baş qəhrəmanın atası) və prodüserlik etdiyi Qay Riçinin “Kartlar, pullar, iki lülə” («Lock, Stok, and Two Smoking Barrels») filmi (1998) və yaratdığı Braziliya tropik meşələrinin mühafizə Fondudur. Braziliya ağac qurbağasının növlərindən biri Stinqin adını daşıyır.

Maqsud Quliyev
Azvision.az

Teqlər: Stinq   5fakt  






Xəbər lenti