Geosiyasəti dəyişdirən meqa-layihə: “İstanbul” kanalı Türkiyəni böyük oyunçuya çevirir – TƏHLİL

      Geosiyasəti dəyişdirən meqa-layihə:    “İstanbul” kanalı Türkiyəni böyük oyunçuya çevirir –    TƏHLİL
  30 İyun 2021    Oxunub:3583
Mərmərə dənizi ilə Qara dənizi birləşdirəcək yeni meqa-layihə olan “İstanbul” kanalının inşasına start verilib. Kanal Bosfor boğazına alternativ olacaq və dövətə daha çox gəlir gətirməsi mümkündür. Lakin bu sevinci hamı bölüşmür: ekoloqlar ziyanın faydadan daha çox olacağından ehtiyatlanırlar. Xarici dövlətləri Möntre doktrinası və Türkiyənin Qara dənizdəki öhdəlikləri narahat edir. Rusiya da öz gəmiləri üçün hansı dəyişikliklərin baş verəcəyini diqqətlə izləyir.
Tarixdəki ən nəhəng layihə

- Bu gün biz “İstanbul” kanalı üzərindən keçəcək körpünün təməlini qoymaqla, Türkiyənin inkişafında yeni səhifə açırıq. Bu körpünün şəhərimizə, Türkiyəyə, bütün xalqımıza rifah gətirəcəyini arzu edirəm – deyən Prezident Ərdoğan tikintinin ətraf mühitə təsiri də daxil bütün zəruri araşdırmaların aparıldığını, körfəz ətrafında mikrorayonlar, parklar, turizm obyektləri, texnoloji inkişaf zonaları salınacağını bildirib.

"İstanbul" kanalı son illər şəhər üçün getdikcə daha təhlükəli hala gələn Boğazı yüklənmədən azad edəcək. Kanaldan optimal keçid ildə 25 min gəmidir. Alternativlər olmasa, 2050-ci ilə qədər bu yük üçqat artacaq. "Hər il Boğazdan 45 min gəmi keçir. Hər bir böyük gəmi risk mənbəyidir. Onlar fərqli yüklər daşıyırlar, hər hansı bir qəza təhlükəyə çevrilə, yanğınlara və dağıntılara səbəb ola bilər",- Ərdoğan deyib.
Ankara Ukraynada sülhə nail olmağa çalışacağını vəd edib

Belə hadisələr tez-tez baş verir: sonuncu dəfə mayın sonunda idarəetməni itirən bir tankerin ucbatından Boğaz boyunca hərəkət dayandırılmışdı. Onları aradan qaldıracaq “İstanbul” kanalına alti il vaxt və 15 milyard dollar vəsait xərcləmək planlaşdırılır, məbləğin bir hissəsi, güman ki, xaricdən cəlb ediləcək. Məsələn, Qətərdən. Ərdoğan Doha səfərlərindən tez-tez milyardlarla dollarlıq investisiya müqavilələri ilə qayıdır.

Layihə 15 il ərzində öz nəticəsini verəcək: Gözlənilən gəlir ildə bir milyard dollardır. Bu, Türkiyə tarixindəki ən böyük infrastruktur təşəbbüsüdür: Kanal Boğazdan 15 km uzun olacaq. Minimum eni 275 metr, yəni boğazdan iki dəfə yarım dardır. Yeni kanalın keçid qabiliyyəti gündə 185 gəmi olacaq, Boğazda isə bu say 118-125 gəmi arasında dəyişir.



Ərdoğan on ildir ki, bu yeni layihədən danışırdı. Ancaq meqa-tikinti hər kəsi məmnun etmir. Məsələn, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu layihənin əleyhinə çıxış edərək, hətta referendum keçirməyi təklif edir. Ekoloqlar da narahatdırlar: Onların fikrincə, Qara dəniz dayazlaşa, Mərmərə dənizindəki ekosistem pozula bilər. Zəlzələlər də istisna deyil. İstanbulun su təchizatı da təhlükə altındadır, belə ki, kanal şirin su ehtiyatını özünə çəkəcək.

Dənizdən təhlükə

Digər bir məsələ Bosfor və Çanaqqala boğazlarından Qara dənizə keçidi tənzimləyən Montre doktrinasının taleyidir. Sənədə görə, boğazlar ticarət daşımaları üçün pulsuzdur və Türkiyə bundan qazanc götürmür. Ancaq Türkiyə qeyri-Qara dəniz ölkələrinin hərbi gəmilərinin hərəkətinə nəzarət edir: onlar Qara dənizdə üç həftədən çox qala bilməz və ümumi tonnajları 45 min tondan çox olmamalıdır.

Rusiyada kanalın yaradacağı geosiyasi reallıqla bağlı narahatlığı gizlətmirlər. "Hakimiyyət layihənin konvensiya ilə əlaqəli olmadığını söyləyir, çünki tikinti sünidir. Bu, tamamilə fərqli bir kanaldır, gələcəkdə Montre doktrinasına təhlükə ola bilər",- deyə Primakov adına Rusiya XİN Diplomatik akademiyasının dosenti Vladimir Avatkov bildirib.



ABŞ, Böyük Britaniya və digər aparıcı NATO ölkələri isə başqa fikirdədirlər: onlar Möntre sazişinin müddəaları köhnəldiyini düşünür və Qara dənizdə gəmilərin sayının artırılmasına çalışırlar.
Ruslar məsələni belə qoyurlar ki, Montre sazişində təkcə Bosfor və Dardanel boğazları deyil, Qara dənizdə bütün qeyri-regional güclərin gəmilərinin mövcudluğu məsələsi əksini tapıb. Yəni Amerika təyyadaşıyanları ora “İstanbul” kanalı vasitəsilə girsələr belə, bu, konvensiyanın pozulması anlamına gələcək.

Bəs sazişi dəyişmək mümkündürmü? Bunun üçün beynəlxalq konfrans keçirilməli, iştirakçıların üçdə biri dəyişikliklərin lehinə səs verməlidir. Bu isə praktik olaraq mümkünsüzdür. Ancaq Türkiyənin manevrlər üçün meydanı da var, çünki yeni kanalın statusu hələ də müəyyən edilməyib. Məsələnin ciddi müzakirə olunması faktının özü də göstərir ki, Ankara təkcə regionda deyil, bütün dünyada əsas oyunçu olmağa iddialıdır.

Nadir Qocabəyli
Azvision.az



Teqlər: Türkiyə   İstanbul-kanalı  





Xəbər lenti