Son sutkada COVID-19-dan ölüm qeydə alınmadı

Son sutkada COVID-19-dan ölüm qeydə alınmadı
  24 İyun 2021    Oxunub:826
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, ölüm faktı olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. 841 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, bu günə qədər isə ümumilikdə 3 706 051 test icra olunub.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti