Azərbaycanda 36 faiz körpəyə ilk 3 ayda ana südü verilir

   Azərbaycanda 36 faiz körpəyə ilk 3 ayda ana südü verilir
  24 İyun 2021    Oxunub:812
“Ananın QİÇS, müalicə edilməyən vərəm və südlə keçən infeksion xəstəlikləri varsa, ana südü verilməməlidi”.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
Onun sözlərinə görə, "ana südü allergiya verir" deyə bir anlayış yoxdur.

“Əgər ana süd verdikdən sonra uşaq səpirsə, qidaya fikir verməlidir. Analar bəzən fikirləşir ki, süd versə kökələcək. Bu tamamilə yanlış fikirdir. Süd verən ana düzgün qidalanırsa, o, heç vaxt kökələ bilməz”.

A.Zeynalova qeyd edib ki, Azərbaycanda körpələrin ilk 3 aya qədər ana südü ilə qidalanması 36 faiz, 6 aya qədər isə 42 faizdir.

“Biz istərdik ki, bu rəqəmlər 100 faiz olsun. Rəqəmlərin artması üçün tibb işçiləri olaraq işlər görəcəyik”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ana-südü  





Xəbər lenti