PUA-ların dövrü bitir? İsrail “qatil lazer”in gücünü göstərdi
İsrailin Müdafiə Nazirliyinin yaydığı məlumatda bu silahın “Dəmir Qübbə”yə əlavə olunacağı və ölkənin Hava Hücumundan Müdafiə Sistemini tamamlayacağı bildirilir.
- Bu silah havadan gələn təhdidləri neytrallaşdırmaqla yeni yol açacaq,- deyə İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf departamentinin rəhbəri Yaniv Rotem bildirib.
Yeni qurğunun 2025-ci ildə silahlanmaya daxil ediləcəyi gözlənilir.
Böyük ehtimalla, bu tip silahlar qısa vaxtda başqa ölkələrdə də yaradılacaq və cəbbəxanaya daxil ediləcək. Bununla da PUA-ların göydə meydan sulamaq dövrü başa çatmış olacaq. Lazer silahı PUA-dan qat-qat ucuz başa gəlir. Beləliklə, pilotsuz təyyarələrin müharibə aparılmasında yeni səhifə açdığı haqda proqnozlar tələsik verilmiş kimi görünür. Demək, Azərbaycan PUA-lardan geniş istifadəyə əsaslanan müharibə taktikasını tam vaxtında tətbiq etmişdi. 5 il sonra çətin ki, eyni taktika həmin effekti versin.
Samir Quliyev
Azvision.az