Teledərslərin iyunun 17-nə olan cədvəli

Teledərslərin iyunun 17-nə olan cədvəli
  16 İyun 2021    Oxunub:1300
“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının iyunun 17-nə nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Qeyd edək ki, iyunun 16-dan etibarən “Dərs vaxtı”nda abituriyentlər üçün dərslər təqdim olunur. Dərslərdə abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı təqdim edilir. Bu abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağına imkan verəcək.



Azvision.az


Teqlər: Təhsil   Dərs  





Xəbər lenti